Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ərdoğan xəbərdarlıq etdi: “Bizə əngəl ola bilməzlər”


Ərdoğan xəbərdarlıq etdi: “Bizə əngəl ola bilməzlər”

Ölkəmizi sabitlik adasına çevirmək üçün səylə çalışırıq. Bunu reallaşdırmağımıza mane olmaq istəyən terror təşkilatları və onların arxasında duran imperialist güclər bu işlərə əngəl ola bilməyəcəklər.

 

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) oktyabrın 23-də Diyarbəkirdə təşkil edilən toplantısında deyib.

 

Gündəlikdə duran ictimai-siyasi və iqtisadi məsələlərlə bağlı fikirlərini vətəndaşlarla bölüşən Prezident Rəcəb Tayyib Ərdoğan Diyarbəkir bölgəsində planlaşdırılan sosial-iqtisadi layihələr barədə geniş məlumat verib.

 

Tədbirdə Türkiyə xalqının birliyi, ölkədəki sabitliyin və qardaşlığın qorunması ilə bağlı şüarlar səsləndirilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də