Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Boksçularımız cəmi 2 medal qazandılar


Boksçularımız cəmi 2 medal qazandılar

Qadın boksçular arasında Monteneqronun Budva şəhərində keçirilən Avropa çempionatına yekun vurulub.

 

Boks Federasiyasından M verilən məlumata görə, Azərbaycan millisi 30 ölkədən 154 boksçunun qatıldığı yarışı bir gümüş və bir bürünc medalla başa vurub.

 

Azərbaycan komandasının heyətində Aynur Rzayeva ikinci yeri tutub. +81 kq çəki dərəcəsində mübarizə aparan yığma üzvü finalda ukraynalı Mariya Lovçinska ilə döyüşüb və rəqib qələbə qazandığından gümüş medalla kifayətlənib. Ondan öncə Anaxanım İsmayılova (50 kq) bürünc medala yiyələnib.

 

Qeyd edək ki, komanda Bakıya bu gün axşam saatlarında qayıdacaq.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də