"Hazırda Ermənistan bir dövlət kimi ən ağır dövrünü yaşayır. Bu günə gəlib çıxmağımızda hamımızın günahı var. Ən böyük günah isə hazırkı hökumətin boynundadır".
Bunu erməni siyasətçi Ahoran Adibekyan deyib.
A. Adibekyan bildirib ki, İran da Ermənistanla bağlı maraqlarında səmimi deyil:
"Türkiyə və Azərbaycanın dəhlizlə bağlı israrını başa düşürəm. Onlar həm strateji, həm də ticari yol istəyirlər. Amma İran da Ermənistanla bağlı siyasətində səmimi deyil. Bunu da başa düşməliyik. Fikrimcə, regionda son sözü yenə də Rusiya deyəcək".