
İraqda keçirilən əməliyyat zamanı yaralanan Türkiyə ordusunun hərbi qulluqçusu şəhid olub.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, "Pençe-Kilit" əməliyyatında yaralanan çavuş Cəmil Yavaş bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.