
İtaliyada 20 yaşlılar arasında dünya çempionatında 9-cu tur başa çatıb.
Bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.
Bildirilib ki, təmsilçimiz Gövhər Beydullayeva hesabat turunda erməni rəqibi Məryəm Mkrtçyanı məğlub edib.
Aktivində 8 xal olan Gövhər Beydullayeva liderliyini davam etdirir.