Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Binəli Yıldırım və Şamil Ayrımın durumu necədir? - Rəsmi açıqlama


Binəli Yıldırım və Şamil Ayrımın durumu necədir? - Rəsmi açıqlama

Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçinin son vəziyyətləri açıqlanıb.

 

Səhiyyə Nazirliyindən  verilən məlumata görə, Azərbaycana səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi Mərkəzi Klinik Xəstəxanasına yerləşdiriliblər.

 

Onların mütamadi həkim nəzarəti altında olduqları bildirilib:

 

"Mərkəzi Klinik Xəstəxanasından Səhiyyə Nazirliyinə verilən məlumata görə vəziyyətləri qənaətbəxşdir. Həyatları üçün hər hansı bir təhlükə yoxdur, yaxın saatlarda onların evə yazılacağı gözlənilir".

 

Qeyd edək ki, ötən gün Türkiyənin sabiq Baş naziri, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, onun mühafizəçisi və millət vəkili Şamil Ayrımın olduğu avtomobil Zəngilan hava limanı yolunda qəzaya düşüblər. Hadisədən sonra hər üç şəxs helikopterlə Bakıya gətirilib. Onlar profilaktika məqsədilə xəstəxanaya yerləşdiriliblər.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də