Şirvanda avtomobil 2 nəfəri vurub.
Hadisə Şirvan şəhərinin H.Əliyev prospektində qeydə alınıb.
Belə ki, “VAZ-2107” markalı avtomobil yolu keçən Şirvan sakini, 1959-cu il təvəllüdlü Mehdixan Süleymanovu və daha bir nəfəri vurub. Ağır xəsarət alna M.Süleymanov Şirvan xəstəxanasına çatdırılıb. Digər piyada yüngül xəsarət alıb.
Qeyd edək ki, Mehdixan Süleymanov Şirvan Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində çalışır.