Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Akardan Hindistanın Ermənistana silah satmasına REAKSİYA


Akardan Hindistanın Ermənistana silah satmasına REAKSİYA 

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Hindistanın Ermənistana silah satmasına münasibət bildirib.

 

Bu barədə o, Cəbrayılda jurnalistlərə açıqlamasında danışıb.

 

Nazir deyib ki, onların nə etdiyi maraqlı deyil.

 

“Onların nə etdiyi bizi əlaqələndirmir. Biz Vətən torpağını müdafiə etmək üçün “Ölsək şəhid, qalsaq qazi” düşüncəsi ilə çalışırıq. Azərbaycan Ordusu da, Türkiyə Silahlı Qüvvələri də bu düşüncələrlə fəaliyyət göstərirlər. Nə edirlər etsinlər. Biz hər cür silaha qarşı Vətənimizi, millətimizi, torpaqlarımızı qorumağa hazırıq”, -  deyə Akar qeyd edib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də