
Rusiyada xaricdən gələnlər üçün koronavirus testi ləğv edilir.
Rusiya İnsan Sağlamlığı və İstehlakçıların Hüquqlarının Müdafiəsi Agentliyinin (Rospotrebnadzor) göstərişi ilə oktyabrın 21-dən ölkəyə gələn əcnəbilər koronavirus testi verməyə bilərlər.
Rusiya ərazisinə gələn əcnəbilərin təqdim olunan anketi doldurması kifayətdir.
Koronavirusdan peyvənd olunmamış rusiyalılar üçün COVID-19 testi ləğv edilib. İndiyədək COVID-19 pasportu olmayan rusiyalılar vətənə qayıtdıqdan sonra 3 gün ərzində test verməli olurdular.