“Tərtər işi” ilə bağlı hərbi qulluqçularla yanaşı, işgəncələr görmüş və əsassız ittihamlar almış bir sıra mülki şəxslərə qarşı cinayət təqibinə bəraətverici əsaslarla xitam verilib.
Bu barədə vəkil Rəsul Cəfərov məlumat yayıb.
O, aşağıdakı şəxslərin bəraət aldığını bildirib:
1. Şəmmədov Arif Əlabbas oğlu
2. İsmayılov Müzəffər Zəfər oğlu
3. İsmayılov Elşən Zəfər oğlu
4. Hacıyev Emin Ramiz oğlu
5. Cabbarov Mənsur İlya oğlu
6. Məmmədov Tofiq Hümbət oğlu
7. Məmmədov Teymur Tofiq oğlu
8. Ağalıyev Şahin Nazim oğlu
Vəkil qeyd edib ki, “Tərtər işi”ndə bəraət almış şəxslərin sayı 26 nəfərdir: “Amma işlər bununla yekunlaşmır, haqlı olaraq yeni bəraət qərarların olacağı gözlənilir. Öyrənilməsinə tam başlanılmayan işlərin də yenidən araşdırılması zəruridir”.