Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ukraynada daha bir azərbaycanlı həlak oldu - FOTO


Ukraynada daha bir azərbaycanlı həlak oldu - FOTO

Ukraynanın ərazi bütövlüyü və azadlığı uğrunda daha bir soydaşımız həlak olub.

Bu barədə Odessada fəaliyyət göstərən “Birlik” dispor təşkilatının sədr müavini Anar Ağazadə bildirib.

O deyib ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Radasının Krivoy Roq nümayəndəliyinin rəhbəri Kamal Ağayevdən alınan məlumata görə, həlak olan soyadımız 1966-cı il təvəllüdlü Vahid Əzim oğlu Əzizovdur.

Əslən Zaqataladan olan soydaşımızın ailəsi Krivoy Roq şəhərində yaşayır, bir oğlu, bir qızı var.

Ukrayna vətəndaşı olan soydaşımız mart ayından könüllü döyüşlərə qatılıb, PDM (BMP) heyətində atıcı olub. O, Luqansk cəbhəsində bölüyü ilə birgə minamyot atışları zamanı həyatını itirib. Vahidib qardaşı isə hazırda Baxmut istiqamətində döyüşür.

Allah rəhmət eləsin.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də