
Azərbaycanın yunan-Roma güləşçisi Qurban Qurbanov İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında qızıl medal qazanıb.
72 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz finalda xorvatiyalı Pavel Puklavetsə 8:2 hesabı ilə qalib gəlib.
Bununla da yunan-Roma güləşi üzrə Azərbaycan yığması mundialı 3 medalla başa vurub. Daha əvvəl Nihad Quluzadə (55 kq) və Nihad Məmmədli (60 kq) ikinci yeri tutub.