Ermənistanın 44 günlük müharibə zamanı Azərbaycan əhalisinin sıx məskunlaşdığı şəhərləri raket atəşinə tutması nəticəsində 12 uşaq həlak olub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi "Twitter" hesabında paylaşım edilib.
Paylaşımda, terror qurbanı olan uşaqların adları da qeyd olunub.
"Fərid İsgəndərov – 14 yaş , Fidan Qurbanova – 14 yaş , Şəhriyar Qurbanov – 13 yaş, Artur Mayakov – 13 yaş, Mədinə Şahnəzərli – 1 yaş, Məryəm Xəlilli – 6 yaş , Orxan İsmayılzadə - 16 yaş, Nigar Əsgərova – 15 yaş , Nəzrin Əsgərova – 10 ay, Orxan Xəlilli – 11 yaş , Aysu İsgəndərova – 7 yaş , Şahmalı Rəhimov – 13 yaş" - deyə məlumatda bildirilib.