Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Anlaşmanı qəbul etməsəydik, müharibənin nəticələri bizim üçün daha ağır olacaqdı”






Qarabağ savaşında Azərbaycan Ordusu qarşısında məğlubiyyətə uğrayan Ermənistan bunun səbəbini Rusiyada görüb.

Baş nazir Nikol Paşinyan Rusiya istehsalı olan elektron sistemlərin işləməməsi səbəbindən ordusunun hədəf alındığını bildirib. Paşinyan radioda verdiyi açıqlama zamanı Rusiyanın “Repelent-1” zenit sistemlərinin Azərbaycan üçün asan bir hədəf olduğunu bildirib. O, çıxışı zamanı Rusiya istehsalı olan elektron sistemlərin işə yaramadığını deyib. 

“Arabi 21”də yer alan xəbərə görə, Ermənistan Ordusunun Qarabağ bölgəsində ağır itkilər verdiyini etiraf edən Paşinyan, “Atəşkəs və barış anlaşmasını qəbul etməsəydik, bu müharibənin nəticələri bizim üçün daha ağır olacaqdı”-deyib. 

Moskva rəhbərliyini ittiham edən Paşinyan, müharibə ərəfəsində Rusiyadan lazımi dəstəyi görmədiklərini söyləyib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də