Türkiyənin Manisa bölgəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə zamanı 24 nəfər yaralanıb, onlar xəstəxanaya çatdırılıb.
Məlumata görə, mikroavtobus ötmə əməliyyatını düzgün həyata keçirməyən digər mikroavtobusu vurmamaq üçün sərnişin avtobusları və minik avtomobillərinə çırpılıb.
Bundan sonra yolda 5 km-lik tıxac yaranıb.