Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Daha 2 güləşçimiz yarımfinalda


Daha 2 güləşçimiz yarımfinalda

Azərbaycanın daha 2 yunan-Roma güləşçisi İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında yarımfinala yüksəlib.

 60 kq-da Nihat Məmmədli və 72 kq-da Qurban Qurbanov finala vəsiqə uğrunda mübarizə aparacaqlar.

 

Mübarizəyə təsnifat mərhələsindən başlayan Məmmədli ardıcıl olaraq, Oljas Sultan (Qazaxıstan), Sumit Sumit (Hindistan) və Vladislav Kuzkoya (Ukrayna) qalib gəlib. İdmançı bu raundda Nurmuhammet Abdullayev (Qırğızıstan) ilə qarşılaşacaq.

 

Qurbanov isə yarımfinaladək Yanis Nifri (Fransa), Randel Uibo (Estoniya) və Amir Abdini (İran) məğlub edib. O, finala gedən yolda İrfan Mirzoyevi (Ukrayna) sınağa çəkəcək.

 

Qeyd edək ki, bu gün həmçinin 55 kq-da yarışan Nihad Quluzadə final görüşünə çıxacaq. O, qızıl medal uğrunda Poya Marzla (İran) qarşılaşacaq.

 

63 kq-da çıxış edən Ziya Babaşov üçüncü yer uğrunda görüşdə Ahmed Bağduda (Misir)/Ryuto İkeda (Yaponiya) cütünün qalibi ilə, 130 kq-da mübarizə aparan Sərxan Məmmədov isə Əliəkbər Yusufiəhmədçali (İran)/Marin Nişimura (Yaponiya) duelinin güclüsü isə güləşəcək.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də