
Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib.
Baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb.
Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2022-ci il 7 noyabr iş günü ilə 5 noyabr istirahət gününün yerləri dəyişdirilib.
Beləliklə, noyabr ayında ardıcıl 4 gün - 6, 7, 8 və 9 noyabr tarixləri qeyri-iş günü olacaq.