Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Güləşçimiz dünya kubokunda yarımfinala yüksəldi






Serbiyanın paytaxtı Belqradda güləş üzrə fərdi dünya kuboku yarışları davam edir. 

Dekabrın 13-də 60, 63, 82, 97 və 130 kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıblar. 

Böyüklərin yarışında mübarizəyə başlayan Nihat Məmmədli (60 kq) dünya ikincisi və Avropa çempionu olmuş Moldova güləşçisinə uduzub.

Taleh Məmmədov (63 kq) ilk görüşdə Ukrayna güləşçisinə çətinlik çəkmədən qalib gəlib. Ancaq növbəti mərhələdə rusiyalı rəqib keçilməz olub.

Millimizin üzvü Beka Kandelaki (130 kq) debütdə sonuncu Avropa çempionu Rumıniya idmançısı üzərində əzmkar qələbə qazanıb. Dörddəbir finalda Almaniya təmsilçisinə cəmi 1 dəqiqə 14 saniyə ərzində “tuşe” ilə qalib gələn güləşçimiz yarımfinala yüksəlib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də