Şair-publisist, YAP və AYB üzvü Yafəs Türksəs uzun müddətdən bəri əziyyət çəkdiyi ağır xəstəlikdən sonra dünən axşam dünyasını dəyişib.
Bu barədə tənqidçi Əsəd Cahangir bildirib.
“YAP-dan vəzifə, AYB-dən təqaüd gözləyirdi, əcri o dünyada verilsin! Həmişə inciyirdi ki, niyə məni layk eləmirlər! Dualarınızı əsirgəməyin ki, ruhu şad olsun! Mərhum bu gün günorta saat 12-də Müşfiqabad qəbristanlığında dəfn ediləcək. Allah rəhmət eləsin, günahlarını bağışlasın!”, - Ə.Cahangir sosial şəbəkədə qeyd edib.
Qeyd edək ki, Yafəs Türksəs əvvəllər baş redaktor kimi “Yazar” adlı qəzet buraxırdı.
Allah rəhmət eləsin.
Xəbəri paylaş