“Veysəloğlu” Şirkətlər Qrupunda yeni təyinat olub.
Elvin İsmayılov şirkətlər qrupunun Maliyyə və Biznesə Nəzarət Departamentinin direktoru təyin edilib.
Elvin İsmayılov buna qədər “Delta Qrup C.O”da maliyyə direktoru kimi çalışırdı.
Onu da qeyd edək ki, bir qədər əvvəl Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Veysəloğlu Distribusiya” şirkətinə Baş İcraçı Direktor vəzifəsinə Qabil Əhmədov təyin edilmişdir.