Gəncə şəhərində 20 yaşlı qadın keçmiş əri tərəfindən bıçaqlanıb.
Gəncə şəhər sakini Pərvanə İsmayılova bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Onun keçmiş əri tərəfindən bıçaqlandığı məlum olub.
Qadına tibbi yardım göstərilib, vəziyyəti kafi qiymətləndirilir. Hazırda faktla bağlı araşdırma aparılır.