Moldovanın paytaxtı Kişinyovun mərkəzində hökumət əleyhinə nümayişlər keçirilib.
İştirakçılar hakimiyyətin istefasını, qaz və elektrik enerjisi tariflərinin artırılmasına görə kompensasiya ödənilməsini tələb ediblər.
Nümayişçilər Moldova bayrağının rənglərində tüstüdən istifadə ediblər. Təşkilatçıların sözlərinə görə, etirazda 50 mindən çox insan iştirak edib.
Aksiya iştirakçıları Moldova prezidentinin binası yaxınlığında onlarla çadır qurub, sonradan Kişinyovda hüquq-mühafizə orqanları onları yığışdırıb.
Aksiyalara cavab olaraq Moldova hökuməti müxalifəti təxribatda ittiham edib.