
Xalq artisti Emin Ağalarov övladları ilə bağlı paylaşım edib.
Müğənni uşaqları Mikayıl, Əli, Əminə və Afina ilə birlikdə çəkilən fotonu instaqramda izləyiciləri ilə bölüşüb.
Sənətçi paylaşımda bu fikirləri qeyd edib:
“Bütün ataların Atalar Günü mübarək! Qoy həmişə uşaqlar sağlam, sevilən və xoşbəxt olsunlar. Mənimlə hər gün qürur duymağınız üçün hər şeyi edəcəm. Hər zaman hər şeydə sizin dəstəyiniz olacam”.