Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Qarabağ"dan növbəti qələbə


Futbol üzrə Azərbaycan Premyer Liqasında X tura yekun vurulub.

 

Günün ikinci oyununda "Qarabağ" klubu "Sumqayıt"ı qəbul edib.

 

"Azersun Arena"da təşkil olunan qarşılaşma "köhlən atlar"ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Matçda ilk qolu qonaqlar vurub. "Gənclik şəhəri" təmsilçisinin heyətində Almir Aqanspahiç 56-cı dəqiqədə fərqlənib. Ağdam klubunun qollarına 67-ci və 88-ci (penalti) dəqiqələrdə Ramil Şeydayev, 73-cü dəqiqədə Musa Qurbanlı imza atıb.

 

Bu görüşdən sonra xallarının sayını 27-yə çatdıran "Qarabağ" komandası birinci pillədə qərarlaşıb, "Sumqayıt" isə 9-cu sıradadır.

 

16 oktyabr (bazar)

 

17:30. “Qarabağ” – “Sumqayıt” - 3:1 

Qol: Almir Aqanspahiç, 56 (0:1), Ramil Şeydayev, 67 (1:1), Musa Qurbanlı, 73 (2:1), Ramil Şeydayev, 87-pen (3:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
“Azersun Arena”

 

15:00. “Kəpəz” – “Neftçi” - 0:2 

Qol: Emin Mahmudov, 17, Kenni Sayef, 82

Qırmızı vərəqə: Zamiq Əliyev, 62-birbaşa qırmızı vərəqə ("Kəpəz")
Hakimlər: Tural Qurbanov, Eyyub İbrahimov, Rahil Ramazanov, Rövşən Rəcəbov
Gəncə şəhər stadionu

 

14 okyabr

“Şamaxı” – “Qəbələ” - 1:1 

 

15 oktyabr (şənbə)

“Turan Tovuz” – “Səbail”  - 2:2

“Sabah” – “Zirə” - 1:0

 

NKlublarOQHMT-FX
1Qarabağ990028-727
2Sabah1081123-725
3Neftçi1071219-922
4Zirə1051413-1716
5Qəbələ1051414-1016
6Turan Tovuz93338-1012
7Səbail1023511-149
8Kəpəz101186-254
9Sumqayıt100462-144
10Şamaxı100375-163

 

 

Bombardirlər:

 

Ramil Şeydayev ("Qarabağ") - 9 qol
Musa Qurbanlı ("Qarabağ") - 8 qol
Coy Lens Mikels ("Sabah") - 6 qol
Runi Eva ("Turan Tovuz") - 4 qol
Ağabala Ramazanov ("Səbail") - 4 qol


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də