
Türkiyədə əhaliyə sel və fırtına xəbərdarlığı edilib.
Bu barədə qardaş ölkənin hava bürosu məlumat yayıb.
Bildirilib ki, Ege və Mərmərə bölgəsində sel və fırtına gözlənilir.
16-22 oktyabr tarixlərində havanın temperaturunun kəskin şəkildə aşağı düşəcəyi vurğulanıb.
Bu tarixlərdə əhalinin diqqətli olması, açıq havada çox qalmamaları məsləhət görülüb.