Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Makron erməni diasporunun rəğbətini qazanmaq istəyir - Medvedev


Makron erməni diasporunun rəğbətini qazanmaq istəyir - Medvedev

Rusiyanın sabiq prezidenti, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Fransa Prezidenti Emmanuel Makronun ittihamlarına sərt cavab verib.

 

Bu barədə o, özünün "VKontakte" hesabında yazıb.

 

O, Makronun Rusiyanı Ermənistan-Azərbaycan sərhədində vəziyyəti qızışdırmaqla bağlı ittihamına cavab olaraq bildirib ki, bu bəyanat yanlışdır:

 

"Makron əslində Rusiyanı günahlandırmadı, əksinə, özünə haqq qazandırdı. Fransanın özünün 1960-cı illərin sonundan bəri keçmiş müstəmləkələrində necə davrandığını xatırlamaq lazımdır. O, Fransanın Ermənistanı nə qədər çox sevdiyini deyir. Bununla o, müdrik və nəcib görünməyə çalışır. Son açıqlama açıq-aşkar erməni diasporunun rəğbətini qazanmağa hesablanıb".

 

Xatırladaq ki, Makron “France 2” telekanlına müsahibəsində anti-Azərbaycan və qatı ermənipərəst mövqeyindən çıxış edib. Makron müsahibəsində Qarabağı “mübahisəli ərazi” adlandıraraq deyib ki, bu bölgə Ermənistanın “ürəyidir”.

Fransa prezidenti bir az da irəli gedərək, Azərbaycanın Qarabağı “dəhşətli müharibə” apararaq “işğal" etdiyini söyləyib. O, Ermənistanı sona qədər tək qoymayacaqlarını bəyan edib. Makron Azərbaycanın Avropaya qaz satmasının heç bir güzəştə əsas vermədiyini də vurğulayıb.

“Fransa Azərbaycandan qaz almır, bir neçə Avropa ölkəsi ilə qaz razılaşmaları var. Mən Fransa və Avropanın mövqeyi haqda deyə bilərəm ki, “bizim dəyərlərimiz və prinsiplərimiz” nə qazla, nə neftlə satın alınır”, - Makron deyib.

Fransa Prezidenti Rusiyanı qəsdən Ermənistan və Azərbaycan arasında gərginlik yaratmaqda da ittiham edib:

“Son iki ildə sərhəddə nə baş verib? 5 min rus əsgəri guya sərhədi qorumaq üçün ordadır, amma ruslar bu münaqişədən istifadə edərək Türkiyə ilə oyun qurdu və vaxtilə onlara yaxın olan Ermənistanı zəiflətdi. Nə baş verdiyini görürsünüzmü? Rusiya sabitliyi pozmağa çalışır. Bu ölkə sabitliyi pozmaq üçün Qafqazda xaos yaratmaq istəyir”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də