Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ermənistandan Türkiyəyə BAŞSAĞLIĞI


Ermənistandan Türkiyəyə BAŞSAĞLIĞI 

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Bartın şəhərindəki partlayışla əlaqədar Türkiyəyə başsağlığı verib.

 

Bu barədə o, özünün Twitter hesabında məlumat paylaşıb.

 

“Bartında kömür mədənindəki partlayış nəticəsində həlak olanların yaxınlarına səmimi qəlbdən başsağlığı verirəm. Yaralananlara tezliklə şəfa diləyirəm”, - Mirzoyan qeyd edib.

 

Xatırladaq ki, oktyabrın 14-də Türkiyənin Bartın vilayətinin Amasra rayonunda yerləşən bir daş-kömür mədənində partlayış baş verib. Hadisə nəticəsində 41 nəfər ölüb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də