
Mingəçevirdə yol-nəqliyyat hadisəsi zamanı iki piyada həlak olub.
Şəhər ərazisində iki minik avtomobili toqquşub.
Qəza zamanı avtomobilllərdən biri yolun kənarına çıxaraq 1963-cü il təvəllüdlü Şamaxı Məmmədova və 1966-cı il təvəllüdlü Xədicə Sultanovanı vurub.
Ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilən piyadaların həyatını xilas etmək mümkün olmayıb.
Həlak olan piyadalar Mingəçevir Şəhər Mərkəzi Kitabxanasının filial müdirləri olub.