Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Aimchess Rapid” turnirinin ikinci günündə 5 oyun keçirib.
O, ilk oyunda almaniyalı, hindistanlı və rumıniyalı rəqiblərinə qalib gəlib.
Günün sonuncu, turnirin isə 8-ci turunda qrossmeyster Məmmədyarov ispaniyalı rəqibi Anton Quyixarroya uduzub.
Şahmatçımız 8 oyundan sonra 16 xal toplayıb. O, siyahıda 2-ci pillədə qərarlaşıb.