Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Səfirimiz: Bu gün tarixi gündür


Səfirimiz: Bu gün tarixi gündür

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa ilə Türkiyənin ən qədim şəhərlərindən birisi olan Kayseri arasında qardaşlaşmış şəhərlər haqqında protokol imzalanıb.

 

Azərbaycan Republikasının Türkiyə Respublikasındakı səfiri Rəşad Məmmədov Kayseri şəhərinə səfər edib və imza mərasimində iştirak edib.

 

Kayseri Böyükşəhər Bələdiyyəsində təşkil edilən və Şuşa şəhər Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasovun başçılığı ilə Şuşa şəhərindən gəlmiş heyətin iştirak etdiyi imza mərasimində səfir Rəşad Məmmədov çıxış edərək bu günün tarixi bir gün olduğunu, Şuşanın Kayseri ilə əlaqələrinin qurulmasının xüsusi önəmini vurğulayıb.

 

Səfir Rəşad Məmmədov Kayseriyə səfəri çərçivəsində şəhər valisi Gökmən Çiçək və Böyük şəhər Bələdiyyəsinin sədri Məmduh Böyükkılıç ilə də görüşüb və iki qardaş ölkənin bölgələri arasında birbaşa əlaqələrin qurulması üçün mövcud imkanlara dair fikir mübadiləsi aparıb.

 

Vali Gökmən Çiçəklə keçirilmiş görüşdə Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş Kayseri Erciyes Universitetinin məzunu Murad Məmmədovun adının Kayseridə əbədiləşdirilməsi barədə müzakirələr də aparılıb və şəhidin adının Kayseridə məktəbə verilməsi barədə razılıq əldə olunub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də