
Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəblərdə dərslik çatışmazlığı probleminə aydınlıq gətirib.
Bu barədə İdarənin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlama verib.
O qeyd edib ki, sentyabr ayının əvvəlində qısa dövr ərzində məktəblərdə dərsliklərin təminatı ilə bağlı problem yaranmışdı:
"Artıq həmin məsələ öz həllini tapıb və dərslik çatışmazlığı ilə bağlı problem yoxdur".