“Rusiya rəhbərliyi Ukraynada heç vaxt nüvə silahından istifadə etməyi qarşısına məqsəd qoymayıb”.
Bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib. Onun fikrincə, Rusiyanın Ukraynaya qarşı nüvə silahından istifadə etməyinə ehtiyac yoxdur.
“Rusiya öz mövqeyini açıq şəkildə ortaya qoyub. Rusiya Federasiyasının ərazisinə hücum olacaqsa, bu halda bütün növ silahlardan istifadə edilə bilər”, - Lukaşenko vurğulayıb.