Payız əkin mövsümü ilə əlaqədar ölkə üzrə genişmiqyaslı yaşıllaşdırma işlərinə start verilir.
Bunu Meşələrin İnkişafı Xidmətinin şöbə müdiri Vahid Fərzəliyev “Ekspert saatı”nda deyib.
“Payız əkini mövsümündə 1003 hektar sahədə hər bölgənin torpaq-iqlim şəraitinə uyğun 800 mindən artıq ağac tinginin əkilməsi, 50 tondan çox toxumun səpilməsi planlaşdırılır”, - qurum rəsmisi bildirib.
“Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin sədr müavini Söhrab Abbasov isə “Ekspert saatı”nda qeyd edib ki, bu ilin payız əkin mövsümündə Bakı və Abşeron yarımadasında 121 hektar sahədə 75 mindən çox ağacın əkilməsi nəzərdə tutulub.