
Salyanda çoban fermadan 4 baş inək oğurlayıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qardili kəndi ərazisindəki bir fermadan 4 baş inəyi və “Kanqal” cinsli iti oğurlamaqda şübhəli bilinən çoban, Ağsu rayon sakini Həbib Mehdiyev saxlanılıb.
Araşdırma aparılır.