
Bakının Nərimanov rayonunda kütləvi dava olub.
Yusif Vəzir Çəmənzəminli küçəsində qeydə alınan hadisə zamanı iki nəfər ağır bədən xəsarətləri alıb.
Məlumata görə, 1981-ci il təvəllüdlü Sadıqov Elməddin Kamal oğlu və onun dostu 1994-cü il təvəllüdlü Ağabalayev İdris Nazim oğlu kütləvi dava zamanı bıçaqlanıb.
Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdirilərək cərrahi əməliyyat olunub.
Faktla bağlı araşdırma aparılır.