Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) direktoru Rafael Qrossi Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşüb.
Bu barədə Qrossi özünün "Twitter" hesabında məlumat yayıb.
Görüş Kiyevdəki bomba sığınacaqlarının birində keçirilib.
Tərəflər Zaporojye Atom Elektrik Stansiyasının ətrafında nüvə təhlükəsizliyi və mühafizə zonasının yaradılması barədə fikir mübadiləsi aparıblar.