Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Ukrayna əhalisinin üçdə biri ölkəni tərk edib.
Bu barədə BMT-nin insan haqları üzrə ekspertləri birgə yazılı bəyanat yayıblar.
Rəsmi məlumatda Ukrayna əhalisinin üçdə birinin müharibənin başlamasından sonra ölkəni tərk etdiyi vurğulanıb, həmçinin çoxlu sayda qadın, uşaq, qoca və əlilin müdafiəsiz vəziyyətdə olduğu qeyd edilib.
"Qaçqınların və onların ailələrinin müdafiəsi beynəlxalq hüququn tələbidir, uşaqların müdafiəsinə xüsusi diqqət yetirilməlidir", - BMT-dən bildirilib.