Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Polşa bomba sığınacaqlarını hazır vəziyyətə gətirir


Polşa bomba sığınacaqlarını hazır vəziyyətə gətirir

Polşanın Fövqəladə Hallar Xidməti ölkədəki bomba sığınacaqlarının vəziyyətini yoxlamağa başlayıb.

 

Bu barədə ölkənin daxili işlər nazirinin müavini Makzey Vasik bildirib.

 

Polşa vətəndaşlarını NATO-nun onların təhlükəsizliyinə zəmanət verdiyinə inandırsa da, qonşu Ukraynada baş verən hadisələr ölkəni raket zərbəsi ehtimalına hazırlaşmağa məcbur edir.

 

Bildirilir ki, ölkədə 62 min sığınacaq mövcuddur.

 

“Onların vəziyyəti və istifadəyə yararlılığı yoxlanılır. Lazım gələrsə, sığınacaqların uyğunlaşdırılması üçün tədbirlər görəcəyik”, - deyə nazir müavini qeyd edib.

 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də