Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Müdirini zəhərləyib 423 min dollar oğurladı - Dəhşətli cinayət


Müdirini zəhərləyib 423 min dollar oğurladı - Dəhşətli cinayət

Mənimsəmə cinayətində ittiham olunan Nelli Fabriçnayanın cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində proses başlayıb.

 

İttiham aktına görə, Nelli Fabriçnaya iş üzrə zərərçəkmiş qismində tanınan Əfqan Zeynalovun baş direktoru olduğu şirkətin külli miqdarda pulunu mənimsəmə yolu ilə ələ keçirib.

 

İttihamda göstərilir ki, N.Fabriçnaya seyfdən ümumilikdə 423 min dollar pulu götürərək mənimsəyib. O isə həmin pulların bir hissəsini şirkətin xadiməsi olan Mehriban Atakişiyeva adlı qadına, bir hissəsini isə özünün keçmiş sevgilisi olan Raufa peşkəş edib.

 

Belə ki, Fabriçnaya ofisdə işləyən xadimə Mehriban Atakişiyeva ilə əlbir olaraq, Əfqan Zeynalovu zəhərləyib.

 

İstintaq müddətində azadlıqda qalan Fabriçnayaya ancaq mənimsəmə ittihamı verilib. O, yalnız məhkəmənin hazırlıq iclasında həbs edilib. 

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həmin cinayət işi üzrə hakim Faiq Qəniyevin sədrliyi ilə növbəti proses keçirilib və Əfqan Zeynalovun rəhbəri olduğu şirkətdə xadimə işləmiş Mehriban Atakişiyeva ifadə verib. M. Atakişiyeva zərərçəkmişin vəkilinin və hakimin sualları qarşısında dolaşaraq ziddiyyətli ifadə verib. Onun ifadələrindən bəlli olub ki, Nelli Fabriçnaya ilə cinayəti birgə törədiblər və Ə. Zeynalova məxsus seyfdən oğurladıqları pulu da öz aralarında hələlik istintaq bəli olmayan nisbətdə bölüşdürüblər.

 

İfadəsində sadəcə xadimə işlədiyini və kasıbçılıqla yaşadığını bildirən xadimə hakimin və dövlət ittihamçısının "siz özünüzün də iddia etdiyiniz kimi, yeməyə və dərmanlara pul tapmadığınız halda 3 gün müddətində oğurladığınız pulun 70 min manatını necə qaytara bildiniz" sualı qarşısında heç bir cavab verə bilmədi.

 

Qeyd edək ki, xadimə işləyən M. Atakişiyeva istintaq dövründə taladığı seyfdən ona çatan məbləğdən 70 min manatlnı zərərçəkmişə qaytarıb.

 

Burada diqqətçəkən bir məqamsa Nelli Fabriçnayanln Mehriban Atakişiyevadan başqa öz sevgilisini də bu cinayətə bulaşdırmasıdır. N. Fabriçnaya taladığı pulun bir hissəsini Rauf Zülfüqarova verib və istintaq dövründə bu üçlük zərərçəkmişə ümumilikdə 105 min manat qaytarıb.  

 

Cinayət işinin qaranlıq tərəfi və əslində zərərçəkəni narazı salan məsələ isə ona qarşı törədilən cinayətlər zəncirinin ən vahimi və dəhşətlisi olan sui-qəsd, yəni suyuna zəhər qataraq öldürmək istəmələrinin istintaqın "diqqətindən yayınmasıdır".

 

Belə ki, Nəsimi rayon prokurorluğu istintaq dövründə zəhərlənməsinə (Ə. Zeynalovun zəhərlənməsi barədə tibbi ekspert rəyi mövcuddur), bu azmış kimi Əfqan Zeynalova məxsus bank kartından çıxarılan 23 min dollar pulun dələduzluq yolu ilə Nelli Fabriçnaya tərəfindən mənimsənilməsinə, zərərçəkmişin yaşadıgı mənzildən qiymətli əşyaların Mehriban Atakişiyeva ilə Nelli Fabriçnaya tərəfindən oğurlanmasına hüquqi qiymət verilməyib.

 

Məhkəmə istintaqı davam edir. Növbəti proses oktyabrın 13 də saat 15.00-a təyin edilib.

 

Qeyd edək ki, Əfqan Zeynalovun hüquqlarını tanınmış vəkil İradə Cavadova müdafiə edir.

 

Onu da qeyd edək ki, Əfqan Zeynalov Birinci Qarabağ Müharibəsi veteranıdır. 44 Günlük Vətən savaşında isə orduya yardım kampaniyasında aktiv iştirak edib. Buna görə də Əfqan Zeynalova Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən müxtəlif təltiflər verilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də