Bu gün səhər saatlarında Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə atdığı raketlərdən biri uşaq oyun meydançasına düşüb.
Bu barədə Ukrayna mediası məlumat yayıb.
Qeyd edək ki, Rusiya səhər saatlarından etibarən paytaxt Kiyev və Ukraynanın 5 vilayətini raket atəşinə tutub. Hadisə nəticəsində çox sayda mülkü sakinin öldüyü bildirilir.
Kiyev şəhərinin meri paytaxt sakinlərini sığınacağa yerləşməyə çağırıb.