Beyləqan rayonu Qaralılar kəndində 14 yaşlı qızıan qaçırılması ilə bağlı cinayət işi açılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, faktla əlaqədar Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə (Adam oğurluğu - bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Xatırladaq ki, bir neçə gün əvvəl rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdiyi müvafiq tədbirlərlə şərti adı A.A olan qızın qaçırıldığı istiqamət müəyyən olunaraq avtomobil saxlanılıb. Məktəbli qız ailəsinə təhvil verilib.