
Oktyabrın 9-da saat 16 radələrində Quba şəhəri ərazisində şəhər sakini S.Məmmədov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolun kənarı ilə gedən şəhər sakinləri Günay Fərzəliyevanı və 2 oğlunu vurub.
Daxili İşlər Nazirlyindən (DİN) verilən məlumata görə, nəticədə G.Fərzəliyeva hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilən uşaqların vəziyyətləri qənaətbəxşdir.
Hazırda faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.