
Rusiyanı Krım yarımadası ilə birləşdirən körpüdə partladılan yük maşını partlayışdan əvvəl Ermənistan ərazisində olub.
Bu barədə Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Prezident Vladimir Putinə məruzə edən zaman məlumat verib.
O bildirib ki, partlayışdan əvvəl yük maşını Bolqarıstan, Gürcüstan və Ermənistan ərazisindən keçib.
Bastrıkin Putinə deyib ki, Krım körpüsündə partlayış Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlanıb.