Futbol üzrə SSRİ yığmasının sabiq qapıçısı Yuri Deqterev 74 yaşında vəfat edib.
Bu barədə qondarma Donetsk Xalq Respublikasının (DXR) rəhbəri Denis Puşilin məlumat verib.
Qeyd edək ki, Yuri Deqterev SSRİ yığmasının tərkibində iki dəfə yeniyetmələr arasında Avropa çempionu (1966, 1967) olub. O, böyüklərdən ibarət yığmada 17 oyun keçirib.