Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 67 yeni yoluxma faktı qeydə alınıb, 104 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
İndiyədək ölkədə 822 171 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 811 701 nəfər müalicə olunaraq sağalıb, 9927 nəfər vəfat edib, aktiv xəstə sayı 543 nəfərdir.
Son sutka ərzində 1780, hazırkı dövrədək isə 7 273 091 test aparılıb.