Fransa Xarici İşlər Nazirliyi İranda olan vətəndaşlarını mümkün qədər tez ölkəni tərk etməyə çağırıb.
Bu barədə nazirlik rəsmi məlumat yayıb.
Bildirilib ki, İranda olan Fransa vətəndaşlarının həbs və ədalətsiz mühakimə olunmaq təhlükəsi var:
“Bu kontekstdə Fransanın Tehrandakı səfirliyinin İranda saxlanılan və ya həbs edilən vətəndaşlara konsulluq mühafizəsi təmin etmək imkanları çox məhduddur”.
Xatırladaq ki, İranda sentyabr ayında 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra ölməsi ölkədə kütləvi etirazlara səbəb olub. Etirazlara Fransadan olan qadınlar da dəstək veriblər.