
"Krım körpüsü hələ başlanğıcdır".
Bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak tviter hesabında yazıb.
"Qanunsuz olan hər şey məhv edilməli, oğurlanan hər şey Ukraynaya qaytarılmalıdır",- deyə o bildirib.
Qeyd edək ki, bu gün səhər saatlarında Krım körpüsündə yanacaq çəni alışıb. Nəticədə körpüdə güclü yanğın başlayıb. Hadisə ilə əlaqədar körpüdə nəqliyyatın hərəkəti dayandırılıb.