Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə görüşmək, canlı təmasda olmaq istəyir.
Bu barədə Ərdoğan oktyabrın 7-də cümə namazından sonra jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Türkiyə-Rusiya münasibətlərini müzakirə etmək üçün yaxın günlərdə Putinlə görüş keçirmək nəyyətindədir.
"Mən Putini təbrik etmək istədim və o, indiki prosesdə vasitəçiliyimizə görə təşəkkür etdi. Bundan əlavə, yaxşı olardı ki, üç-dörd gün ərzində münasibətlərimizlə bağlı görüşüb ətraflı müzakirə aparaq. Əgər cənab Putin Asiya danışıqlarına gələ bilsəydi, biz ikitərəfli danışıqlar aparar, eləcə də Rusiya-Ukrayna münaqişəsini müzakirə edərdik”.
Xatırladaq ki, cümə günü səhər saatlarında Ərdoğan və Putin arasında telefon danışığı olub, onlar Ukraynadakı son hadisələri, həmçinin Türkiyə ilə Rusiya arasında münasibətlərin yaxşılaşmasına töhfə verən məsələləri müzakirə ediblər.
Qeyd edək ki, bu gün Putinin doğum tarixidir, onun 70 yaşı tamam olur.