Avropa İttifaqına üzv ölkələrdə mənzillərin qiymətində artım müşahidə edilir.
Bu barədə Avropa Statistika Bürosu (“Eurostat”) məlumat yayıb.
Bildirilir ki, cari ilin ikinci rübündə Avropada mənzillərin qiyməti əvvəlki rüblə müqayisədə 2,3 faiz, keçən ilin müvafiq dövrünə nisbətən 9,9 faiz artıb. Avrozonada mənzil qiymətləri əvvəlki rübə görə 2,3 faiz, illik müqayisədə isə 9,3 faiz bahalaşıb.
Qeyd edək ki, İtaliyada mənzillərin qiyməti illik müqayisədə 5,2 faiz artıb.