Belçika əsilli alman ssenarist və rejissor Volfqanq Kolxaze 92 yaşında vəfat edib.
Bu barədə Almaniya Kino Akademiyası məlumat yayıb.
O, “Sanni Solo” dramının rejissoru kimi məşhurlaşıb. Daha çox ssenariləri ilə yadda qalan Kolxaze “Fars dərsləri”, “Mənim on doqquz yaşım var idi” və “Ritanın əfsanələri” kimi filmlər üzərində işləyib.
Kolxaze San Sebastian və Berlin Film festivallarında mükafatlar qazanıb, həmçinin Avropa Film Akademiyası Mükafatına namizəd olub. 2010-cu ildə kinoya verdiyi töhfəyə görə Berlinaledə fəxri “Qızıl Ayı” mükafatı alıb.